Prezident Biləcəri və Xocasən qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Xocasən qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən mədəniyyət-istirahət parkının abadlaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon, Binəqədi rayonunun Xocasən qəsəbəsində 103 saylı ümumtəhsil məktəbinin 640 şagirdlik əlavə korpusunun tikintisi üçün isə Bakı şəhərinin Binəqədi rayonu İcra Hakimiyyətinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB