ATƏT-in Bakı ofisi İctimai Palata ilə görüşünə aydınlıq gətirib

ATƏT-in Bakı ofisi İctimai Palata ilə görüşünə aydınlıq gətirib

Aprelin 8-də keçirilmiş görüş İctimai Palatanın dəvəti əsasında baş tutub. Bu barədə məlumat SİA-ya ATƏT-in Bakı Ofisindən verilib. Belə ki, dəvəti qəbul edən qərb diplomatları birgə İctimai Palatanı ziyarət etmək qərarına gəliblər. Görüşün məqsədinə gəlincə, siyasi partiyaların ölkədəki mövcud ictimai-siyasi durumla əlaqədar mövqelərini dinləmək əsas niyyət olub.

 

Analoji hal ABŞ səfirliyi tərəfindən olub. Belə ki, görüş təşəbbüsü səfirliyə məxsus olmayıb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə məqsəd isə İP-ya daxil olan qüvvələrin mövcud ictimai-siyasi durumla bağlı görüşləri və fikirləri ilə tanış olmaq olub.

 

Bakıdakı digər, İtaliya, Fransa, Böyük Britaniya səfirliyindən də görüşə dair hər-hansı münasibət öyrənmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə