Litvanın prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllində kiçik addımlar bizim üçün böyük rol oynayır"

Litvanın prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllində kiçik addımlar bizim üçün böyük rol oynayır"

ATƏT uzunmüddətli münaqişələrin həllində aparıcı rol oynayır. SİA-nın əldə etdiyi xəbərə görə, bunu Litvanın prezidenti Dalia Grubauskayte deyib: "Həlli uzadılan münaqişələr ATƏT-ə üzv olan 56 ölkə arasında öz həllini tapmalıdır".

 

Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ probleminə toxunan prezident tərəflərin münaqişənin həllində yeni addımların atılmasının vacibliyini vurğulayıb: "Münaqişənin həllində kiçik addımlar bizim üçün böyük rol oynayır. Bu zəmində tərəflər arasında inam üzərinədə qurulan danışıqlar və ikitərfli əməkdaşlıq çox vacibdir".

Qeyd edək ki, Litva prezidenti gələn ay Cənubi Qafqaz ölkələrinə səfər edəcək. SİA-nın xəbərinə görə, səfər mayın əvvəlinə planlaşdırılıb. Azərbaycana səfəri zamanı Litva prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini intensivləşdirməklə məsələnin sülh yolu ilə həlli barəsində müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə