Hacıkəndə qar yağıb - FOTOSLAYD

Dünən gecə saatlarında Gəncənin Hacıkənd qəsəbəsinə qar yağıb. Qarın hündürlüyü təxminən 15-20 sm-ə çatıb. Artıq səhər saatlarında qəsəbə tamamilə ağ örpəyə bürünüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, qar özü ilə ciddi problemlər gətirməsə də sakinlər hava şəraitinə sözün həqiqi mənasında çaşbaş qalıb. Çünki ilk dəfədir aprel ayında Hacıkəndə qar yağır.

 

Pis hava şəraiti infrastruktura ciddi ziyan vurmayıb. Buna baxmayraq qəsəbəyə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Gəncə-Hacıkənd avtomobil yolu istifadəyə açıqdır. Kənd təsərrüfatı sahəsində çalışanlar, həmçinin yerli əhali qarın yağmasının bitkilərə, xüsusən meyvə ağaclarının inkişafına mənfi təsir edəcəyi qənaətindədir.

 

Son məlümata görə hazırda qəsəbəyə qar yağışı dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə