Türkiyə Xarici İşlər Nazirliyindən - AÇIQLAMA

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin mart ayının 31-də keçirilməsi nəzərdə tutulan qondarma prezident və parlament seçkiləri Dağlıq Qarabağda beynəlxalq hüquq normalarına zidd status-kvonun birtərəfli olaraq qanuniləşdirilməsi üçün göstərilən səylərin təzahürüdür. SİA xəbər verir ki, bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdiyi bir mərhələdə, işğal olunmuş ərazilərdə qondarma seçkilərin keçirilməsi, münaqişənin sülh yolu ilə həllinin təmin edilməsindəki davamlı səyləri sarsıdan bir təşəbbüsdür.

ATƏT-in Minsk Qrupu da daxil olmaqla, beynəlxalq birliyi bu seçkini tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün yenidən pozulmasına yönəlmiş bu qeyri-qanuni seçkiləri tanımır. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli istiqamətindəki səyləri dəstəkləməyə davam edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...