"Həkimlərimiz ən xoş sözlərə, ən böyük təşəkkürlərə layiqdirlər" ÖZƏL-MÜNASİBƏT

"Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və həkimlərlə görüşü hesab edirəm ki, ölkə başçımızın xüsusilə tibb ictimaiyyətinə bir çağırışı idi. Bu klinikanın açılışı, səhiyyə infrastrukturunun genişlənməsi, yenilənməsi istiqamətində ölkədə həyata keçirilən sosial siyasətin bir davamı idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

"Prezidentin həkimlərlə görüşdə söylədiyi nitq və həkimlərin bu çətin durumda fəaliyyətinə yüksək qiymət verməsi əlbəttə ki, təqdirəlayiq bir hal idi. Biz hamımız bilirik ki, bugünkü durumda tək Azərbaycanda deyil, dünyanın hərbir yerində koronovirusla mübarizədə həkimlərin fədakarlıq göstərməsini bu peşə sahiblərinin nə qədər müqəddəs bir fəaliyyətlə məşğul olmasını önə çəkdi. Ölkə başçısı xüsusilə toxundu ki, koronovirusla mübarizəyə cəlb olunmuş həkimlərin məvaciblərinin artırılması ilə bağlı qərar belə şərti simvolik xarakter daşıyır. Çünki həkimlər əməkhaqqına və yaxud onlar əməkhaqlarında olan bu stimulaşdırıcı məqamlara baxmayaraq onlar yalnız bir əqidəyə insanların sağlamlıqlarının keşiyində durmağa xidmət edirlər. Onlar bir daha sübut edirlər ki, nə qədər böyük missiyanın daşıyıcılarıdır. Həkimlər insan sağlamlığı, insanın yaşaması uğrunda öz həyatlarını təhlükəyə qoyurlar. Onlar düşünmədən belə bu cür ağır situasiyada günlərlə, saatlarla ayaqüstdə, xüsusi geyim altında çox çətin bir rejimdə fəaliyyət göstərirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycanımızın həkimləri ən xoş sözlərə, ən böyük təşəkkürlərə hazırki məqamda layiqdirlər"-deyə, İ.Orucov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə