Gəncə Onkoloji Dispanserində yeni şüa korpusunun açılışı olub - FOTOSLAYD

Gəncə Onkoloji Dispanserində yeni şüa korpusunun açılışı olub - FOTOSLAYD

Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Avropa üzrə Nümayəndəliyinin rəhbəri Andrey Çupakov və digər rəsmilər iştirak edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə qeyd olunub ki, son illər ölkədə səhiyyənin inkişafı istiqamətində əməli tədbirlər həyata keçirilir, bir sıra dövlət proqramları qəbul olunur.

Elə istifadəyə verilən mərkəz deyilənlərin bariz sübutudur. Bundan əlavə Gəncədə səhiyyə ocaqlarının təmiri və tikintisi aparılacaq. Artıq bu məsələ ilə bağlı bir sıra layihələr hazırdır.

Rəsmi hissənin ardından korpusa baxış keçirilib. Burada quraşdırılan aparatların keyfiyyəti, müalicə və müayinələrin düzgün təyini istiqamətində əhəmiyyətindən danışılıb.

Bildirək ki, şüa korpusunun tikintisinə ötən ildən başlanılıb. "Terabalt" adlanan aparatlar Çexiya respublikasının istehsalıdır. Korpusun istifadəyə verilməsi Gəncə ilə yanaşı, ətraf rayonlardan olan xəstələrin müalicəsini də asanlaşdırır. Bundan öncə Bakıya gedən insanlar artıq uzun məsafə qət etmədən Gəncə şəhərində müayinə oluna biləcəklər.

Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sertifikatı da səhiyyə ocağının nümayəndələrinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə