Nazir: “Meşələrimizin azalmasına yanğınlar yox, kənd təsərrüfatı ehtiyacları üçün insanların bunlardan istifadə etməsi səbəb olub”
Meşə yanğınlarının 70-80%-i insanların davranışı nəticəsində əmələ gəlir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. O bildirib ki, bu yanğınlar ya çobanların, ya avtomobildən siqaret kötüyünü atan insanların, yaxud meşələrdə moruq yığmağa gedən gənclərin tonqal qalaması və digər səbəblər nəticəsində yarana bilər. Onun sözlərinə görə, ancaq meşələrin xüsusiyyəti belədir ki, geniş yayılmır və bir neçə saatdan çox davam etmir. Nazir vurğulayıb ki, Azərbaycandakı meşə yanğınları nadir hallarda 1-2 gün davam edə bilər və bu böyük miqyasda ziyan vurmur.
"Meşələrin özləri də rütubətli və enliyarpaq olduğundan onlar yanğına daha davamlıdır. Bizim meşələrimizin azalmasına yanğınlar yox, kənd təsərrüfatı ehtiyacları üçün insanların bunlardan istifadə etməsi səbəb olub. Bu gün kənd təsərrüfatında istifadə olunan keyfiyyətli torpaqlar tarixən meşələrin altında olub. Məhz o meşə ilə örtülü ərazidə gəlmə əhalinin kəndləri salınıb, indi isə həmin ərazilərdə meşə yoxdur", - deyə o əlavə edib.
Daha sonra nazir Cəlilabadda meşəbəyinin döyülməsi faktına da münasibət bildirib: "Bizim araşdırmamız başa çatıb və həmin məlumatları mətbuata da çatdırmaq istəyirik. Meşəbəyi döyülməyib, sadəcə o, sinekardiya ehtimalı ilə xəstəxanaya götürülüb. Amma onda sinekardiya tapılmayıb və sağlam şəkildə xəstəxanadan buraxılıb. O, öz ərazisində yeni meşə idarəsinin rəisi təyin olunanda istəmir ki, kiminsə qırdığı ağacların məsuliyyəti onun üzərinə düşsün. Buna baxmayaraq araşdırma aparılır, hətta bəzilərində özü iştirak edib, aktlara qol çəkib, nəticədə məlum olub ki, bəzi qırıntılar var. Qırıntıların olduğunu gördükdə isə bundan boyun qaçırmağa çalışıb və belə yalanları icad edib. Bu da sadəcə öz canını qurtarmaq cəhdidir və burada o çox fəal mövqe tutub".
H.Bağırov işğal altında olan ərazilərdə meşə zolaqlarının qorunması məsələsinə də aydınlıq gətirib: "Siz gözləyirsiniz ki, beynəlxalq qurumlar ikili standartlarla, qeyri-səmimi mövqe ilə oradakı təbii sərvətlərimizi, meşələrimzi qoruya biləcək. Mən hesab edirəm ki, Ermənistan dəstək taparaq bu ikiüzlü mövqedə Azərbaycana qarşı total müharibə aparır. O müharibənin tərkib hissəsi də təbii sərvətləri talan etmək, yaşıllıqları məhv etmək, çayları çirkləndirmək və sairədir. Bütün bunlarla da Ermənistan öz düşmənçiliyi bildirir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB