Deputatlar karantin rejiminə əməl etdilər

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. SİA-nın xəbərinə görə, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən digər deputatlar arasında tibbi maskalardan istifadə edənlər var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə