Şimal bölgəsində Asif Atanın “Yollaşan Aqibət” kitabının təqdimatı keçirilib
Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı Azərbaycanın Quzey bölgəsinə səfər edib. SİA-nın məlumatına görə, Ocağın Yükümlüsü Soylu Atalı, əslən Güney Azərbaycandan olan Ocaqdostu Ağşın Ağkəmərli və Nurtəkin Atalı Quba və Şabran (Dəvəçi) rayonlarında bir sıra ünvanlarda görüşlər keçirib və Asif Atanın "Yollaşan Aqibət" kitabının təqdimatını keçiriblər.
Kitabda əks olunmuş "Muğam Fəlsəfəsi" ilə, eləcə də Asif Atanın Dünyabaxışı ilə bağlı Quba televiziyasında 60 dəqiqəlik diskussiya olub. Həmçinin Qubanın mərkəzləşmiş kitabxanasında söhbətlər aparılıb, Asif Atanın yeni kitabı və başqa Ocaq ədəbiyyatları kitabxanaya hədiyyə edilib.
Növbəti gün isə "Şabran ədəbi məclisi"ndə görüş keçirilib. Bu məclisdə Quba, Xaçmaz ədəbi məclislərinin nümayəndələri də iştirak edib. Hər üç rayonun ədəbi Qurumlarına və ayrı-ayrı simalara Ocaq ədəbiyyatları hədiyyə edilib.
Soylu Atalı Asif Atanın Dünyabaxışı ilə, eləcə də yurdumuzun bu və ya başqa ictimai-ruhani qayğıları ilə bağlı sorğuları cavablandırıb. Ağşın Ağkəmərli Bütöv Azərbaycan qayğılarından bəhs edib, ayrı-ayrı ziyalıları Təbrizə getmək, oradakılarla mənəvi-mədəni əlaqələr qurmaq üçün qonaq çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB