"Ermənistanı daha acınacaqlı və gərgin vəziyyət gözləyir" ÖZƏL-MÖVQE

"Ermənistan ordusunda hərbi qulluqçuların virusa yoluxması ilə bağlı xəbərlər mətbuatda yer almaqdadır. Təbii ki, erməni mətbuatında da belə informasiyalara rast gəlinir. Bu onu deməyə əsas verir ki, Ermənistanda vahid mərkəzi dövlət sistemi mövcud deyil". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

"İşğalçı dövlət özünün çox vacib bel sütunlarından biri olan silahlı qüvvələrin təhlükəsizliyini, sanitar-gigiyenik qaydalara əməl etmələrini həyata keçirə bilməyib. Nəticədə artıq Ermənistan ordusunda bu virusa yoluxmalarla bağlı informasiyalar yer almaqdadır. Hesab edirəm ki, bu Ermənistan ordusu üçün böyük fəlakətə gətirib çıxara biləcək. Əgər bu virusun qarşısını ala bilməsələr qarşıda onları daha acınacaqlı və gərgin vəziyyət gözləyir. Beləki Ermənistan ordusunun həmin birləşməsi ləğv olunmalıdır. Əslində proses belədir. Bu ən təhlükəli bir haldır. Dünyanın bir çox ölkələri də hal-hazırda öz silahlı qüvvələrinin, şəxsi heyətinin, hərbi qulluqçularının qorunması üçün çox vacib və ciddi addımlar atırlar. Ermənistanda ordunun virusa yolxuması dövlətin orduya nəzarət mexanizminin və ordunun daxilindəki nizam-intizamın zəif olması ilə bağlıdır"-deyə, R.Məmmədli fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə