SIPRI-nin baş tədqiqatçısı Paul Holtom: “Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiyanın verəcəyi reaksiyaya hazır olmalıdır”

SIPRI-nin baş tədqiqatçısı Paul Holtom: “Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiyanın verəcəyi reaksiyaya hazır olmalıdır”

Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) Qafqaz ölkələrinin hərbi sferaya ayırdığı vəsaitlə bağlı öz hesabatını təqdim edib. SİA-nın xəbərinə görə, 2010-cu il ərzində Ermənistan müdafiə üçün hərbi sahəyə 404 mln ABŞ dolları xərcəyib. Bu isə 2009-cu ilə nisbətdə 45 mln dollar artıqdır. Azərbaycanın isə hərbi xərcləri 1 mlrd 421 mln dollar təşkil edib. Gürcüstana gəlincə rəsmi Tiflis hərbi arsenalın gücləndirilməsinə ötən ilə nisbətdə az vəsait xərcləyib. Belə ki, Gürcüstan 2009-cu ildə müdafiə üçün 604 mln dollar xərcləsə də bu rəqəm 2010-cu ildə 452 mln dollara enib.

 

Lakin SIPRI Azərbaycan və Ermənistanın hərbi sahəyə ayırdığı vəsaitin qiymətlərdirilməsidə qeyri-dəqiqliyə yol verib. SİA-nın apardığı araşdırmaya görə, Ermənistan prezidentinin və respublika partiyasının təklifi ilə rəsmi İrəvanın cari il üçün hərbi büdcəyə ayırdığı vəsait 5.6 mlrd darm( 15.6 mln dollar) artırılaraq 145 mlrd dram( 402.8 mln dollar) təşkil edib. Azərbaycana gəlincə rəsmi Bakı hərbi sahəyə ayrılan vəsaitini qəbul edilən qanuna əsasən iki dəfə artırıb. Belə ki, Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, cari il ərzində ölkənin hərbi büdcəsi 90 faiz artırılaraq 2.5 mlrd manata çatdırılıb( 3.1 mlrd dollar).

 

Stokholm Sülh Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Paul Holtom SİA-nın sorğusuna cavabında son zamanlar Azərbaycanın silahlanmasını şərh edərək bildirib ki, bu ilk növbədə Azərbaycanın itirlən ərazilərini yenidən qaytarılması prosesinə başlayacağına dəlalət edir: "Belə ki, Azərbaycan 2009-cu ildə Rusiyadan BTR 80A müxtəlifliyinin 70 zirehli personal daşıyıcısını alıb. Eyni zamanada ölkə daxilində istehsal edilən zirehli Matador da mühüm çəkiyə malikdir. Bu zəmində rəsmi Bakı son zamanlar silah arsenalını öz hesabına genişlədirməyi davam edir. Xüsusi ilə "İstiqlal" snayperi seçilir. Eyni zamanda Azərbaycanın İsraildən kəşfiyyat xarakterli pilotsuz təyyarə istehsal etmək üçün təcrübə keçir".

Hərbçi ekspert P. Holtomun qənaətincə son zamanlar Azərbaycan hakim dairələri tərəfindən hərbi bəyanatların verilməsi yaxın vaxt ərzində müharibənin qaçılmaz edilməsinə dəlalət edir: "Azərbaycanın indi həlledici maddi üstünlüyü ola bilər. Lakin Ermənistan ilə istənilən sferada yardımçı olan Rusiyanı da yaddan çıxarmaq lazım deyil. Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiyanın verəcəyi reaksiyaya hazır olmalıdır. Çünki Ermənistan parlamenti Ermənistan və Rusiya arasında Gümrüdəki hərbi bazanın icarə müddətinin uzadılmasına dair imzalanmış protokolu ratifikasiya edib. Protokola əsasən Ermənistanın təhlükəsizliyi iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təmin olunacaq, həmçinin Rusiya erməni ordusunu modern silahlarla təchiz edəcək. Dəyişikliklə Ermənistandakı Rusiya hərbi bazasının bu ölkədə qalma müddəti 25 ildən 45 ilə çatdırılıb. Bu razılaşmanın fonunda Azərbaycan hərbi əməliyyatlara başlamamışdan qabaq çox dərin düşünməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə