Hüseynqulu Bağırov: "Palçıq yağışları iqlimdə qlobal sabitliyin pozulmasının təzahürüdür"

Hüseynqulu Bağırov: "Palçıq yağışları iqlimdə qlobal sabitliyin pozulmasının təzahürüdür"
Ekologiya və təbii dövlətlər nazirliyi bu gün Bakıda müşahidə olunan palçıq yağışları ilə bağlı məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, Hüseynqulu Bağırov jurnalitlərə açıqlamasında söyləyib ki, belə havanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Son 2-3 ildə artıq Azərbaycanda belə havanın müşahidə olduğunu deyən nazir vurğulayıb ki, buludlar Bakıda yaranmır: "Bunlar hardasa formalaşıb gəlir. Son zamanlar paytaxtda baş verən toz burulğanlarının səbəbləri aydındır. Belə ki, onlar cənubi şərqdən və cənubdan gələn toz damlacıqlarıdır. Əfqanıstan, Pakistan və Ərəbistanda toz burulğanları ilə yüksək təbəqələrə qalxan hissəciklər hava axınları ilə ayrı-ayrı yerlərə gedir. Bu yaxınlarda Almanyada da toz burulğanı baş verib. Son illər belə hallar çoxalıb. Bu da iqlimdə qlobal sabitliyin pozulmasının təzahürüdür".

O əlavə edib ki, ekologiya və təbii sərvətlər naziri son zamanlar Kürdə suyun səviyyəsinin qalxması məsələsinə də münasibət bildirib: "Bir neçə gün öncə nazirliyin dağda ölçmə ekspedisiyası işini başa çatdırıb. Onun əldə etdiyi məlumatlar hesabat şəklində hazırlanaraq respublikada qərar qəbul edən şəxslərə təqdim olunub. Onun kiçik variati hazırdır və nəticələr bu gün ictimaiyyət üçün açıqlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə