ABŞ-ın Türkiyədəki səfiri: “Türkiyə badımcanlar ölkəsidir”

ABŞ-ın Türkiyədəki səfiri: “Türkiyə badımcanlar ölkəsidir”

ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone Jurnalistlər birliyinin nümayəndələri ilə görüşüb. SİA-nın "Huriyyet" qəzetinə istinadən verdiyi xəbərə görə, görüş zamanı səfir xüsusilə Türkiyə mətbəxinin vurğunu olduğunu və badımcandan hazırlanan "İmam bayıldı" yeməyini xoşladığını deyib: "Mən bu yeməyi çox sevirəm. Türkiyə badımcanlar ölkəsidir. Badımcanın hər dilimi gözəldir".

 

Türkiyədə həbs olunan jurnalistlərin gələcəyinə gəlincə səfir: "Bu nə pəhriz, nə də ki, kələm turşusudur"- deyə, vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə