Davam edən erməni VİRUSU ŞƏRH-ÖZƏL

"Dünya yeni bir virusla mübarizə apardığı bir dönəmdə ölkəmiz iki virusa qarşı mübarizə aparır. Koronavirus gəlib gedərdi, amma erməni virusu hələ davam edəcək. Ona görədə də biz xəstəliklə mübarizə aparmaqla yanaşı, ermənilərə qarşı da mübarizə aparmalıyıq və onların informasiya savaşına qarşı fəaliyyətdə olmalıyıq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bir neçə gündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilər keçiriləcək: "Görünür, koronovirus epidemiyası ermənilərin çirkin niyyətlərindən əl çəkməsinə gətirib çıxarmayıb. Qarabağda martın 31-də qondarma prezident və parlament seçkilərində "Qarabağ klanı" ilə "Yereavan klanı" arasında gərgin mübarizə gedəcəyi gözlənilir. Eks-prezident Qarabağ klanın aparıcı nümayəndəsi Serj Sarkisyan hazırda Qarabağdakı qondarma seçkilərdə Vitali Balasanyanın seçilməsi istiqamətində gərgin işlər aparır. Çünki, hərbi xuntanın nümayəndələri burada rəhbərliyi əldən versələr onların Ermənistan siyasətindən silinməsi labüd olacaq. Ona görədə Qarabağdakı qondram seçkilər Sarkisyan və Koçaryan üçün "Ölüm və olum" savaşıdır".

Politoloq söyləyib ki, baş nazir Nikol Paşinyan dəstək verdiyi Mailyanın rəhbərliyə gəlməsi istiqamətində mübarizə aparır: "Paşinyan burada öz adamını rəhbərliyə gətirə bilərsə, Qarabağ klanın üzvləri burada müəyyən ittihamlarla həbs ediləcək. Əsasən Paşinyanın düşməni prezidentliyə namizəd Vitali Balasanyan həbs ediləcək".

Ermənistan prezidenti Armen Sarkisyanın bir neçə gün bundan əvvəl Qarabağa səfərini xatırladan M. Əsədullazadə qeyd edib ki, onun da dəstək verdiyi əsas namizdə Vitalı Balasanyandır: "Çünki, Armen Sakisyanı Qarabağ klanı hakimiyyətə gətirib və burada klanın məğlubiyyəti onunda prezident kürsüsü ilə vidalaşmasına gətirəcək. Paşinyan Qarabağ klanını burada zərərləşdirə bilərsə, Rusiyada Paşinyana təzyiqləri artıracaq. Çünki, Rusiyanın da dəstək verdiyi qruplar burada formalaşır və güclənərək Ermənistanda rəhbərliyə gəlir. Bunu Paşinyan çox gözl bildiyi üçün Qarabağ klanına qarşı mübarizəni sona qədər aparacaq. Əgər, Qarabağ klanı buarda yenidən rəhbərlikdə qalarsa Pşainyan burada inqilaba əl atacaq. Amma, onun inqilab çağrışları müsbət nəticələnməyəcək. Çünki, Ermənistanda inqilab heç də müsbət iqtisadi naliyyətlər ölkəyə gətirmədi və Qarabağdakı ermənilər inqilabda maraqlı deyillər. Paşinyan ilk hakimiyətə gələndə Qarabağdakı separtçıları inqlabla devirmək gücünə malik idi".

Politoloq vurğulayıb ki, burada baş verənlər birbaşa Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir edir: "Xüsusilə Qarabağ klanı burada rəhbərlikdə qalarsa, Ermənistanla aparılacaq bütün danışıqlar səmərəsiz və vaxt itkisi olacaq. Azərbaycan buradakı qondarma seçkiləri müşahidə edəcək xarici ölkələrin nümayəndlərinə qarşı hüquqi ölçü götürülməlidir. Ölkəmiz ümumiyyətlə ermənilərin bu avantüralarının qarşısını almaq üçün atəşkəsdə maraqlı olmamalı və lokal zərbələrini davam etdirməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə