Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evi qarşısında etiraz aksiyası keçiriblər. SİA-nın məlumatına görə, Ə.Kərimlinin əleyhinə yazılmış plakatlar daşıyan gənclər bildiriblər ki, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyənlər düşmənimiz olan ermənilərə xidmət edirlər.
Aksiya iştirakçıları "Vətən xaini Əli Kərimliyə ar olsun", "Biz Əli Kərimliyə, dövlətini satanlara yox deyirik", "Azərbaycanın gələcəyini düşünməyənlərə ar olsun", "Xarici qüvvələrə satılan Əli Kərimli və İsa Qəmbərə ar olsun", "Ermənipərəst Əli Kərimliyə və müxalifətə ar olsun", "Azərbaycan gəncliyi belə müxalifət istəmir", "Mavi, mavi, mavi", "Azərbaycanın inkişafını istəməyənlərə yox deyirik", "Milli maraqlarımızı satan Əli Kərimliyə ar olsun", "Siz xaos gətirirsiniz, biz isə sabitlik istəyirik", "Xainlərə aramızda yer yoxdur", "Yeni Azərbaycan Partiyası və İlham Əliyevə eşq olsun", "Yaşasın müstəqil, demokratik Azərbaycan", "Azərbaycanın inkişafı yalnız YAP və İlham Əliyevlə mümkündür" şüarları səsləndiriblər.
Bildirilib ki, Azərbaycan gəncliyinin yeganə yolu İlham Əliyev yoludur. Azərbaycan gəncliyinin heç zaman bu yoldan dönməyəcəyini deyən aksiya iştirakçıları vurğulayıblar ki, onlar seçimini artıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB