SAM Azərbaycanda beyin mərkəzlərinin fəaliyyətinə dair kitab hazırlayır
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığının perspektivləri" adlı tədqiqat və ensiklopedik-məlumat xarakterli nəşrin hazırlanmasına başlanıb. SAM-dan SİA-ya verilən xəbərə görə, tədqiqat çərçivəsində təhlillə yanaşı, Azərbaycanda fəaliyyət göstərən strateji, analitik araşdırma mərkəzləri haqqında sorğu xarakterli hərtərəfli məlumatın olduğu bölmə də əksini tapacaq.
Ölkədə mövcud olan beyin mərkəzlərinin kitabda real və dolğun mənzərəsinin yaradılması üçün qeyd olunan qurumların özləri haqqında məlumatları təqdim etməsi vacibdir. Bu məqsədlə tədqiqat qrupunun üzvü beyin mərkəzi və analitik araşdırma qurumlarının rəhbərləri ilə görüşərək onların kitabda əksini tapacaq fəaliyyəti ilə bağlı konkret sualların cavablandırılması üçün müsahibə alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB