ATƏT-in Bakı Ofisi Gəncədə insan alveri ilə mübarizəyə dair seminar keçirəcək

ATƏT-in Bakı Ofisi Gəncədə insan alveri ilə mübarizəyə dair seminar keçirəcək

Aprelin 18-19-da Gəncədə insan alveri ilə mübarizəyə dair seminar keçiriləcək. Qurumdan SİA-ya verilən məlumatına görə, ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi regionlardakı hüquq-mühafizə orqanlarını insan alverinə qarşı mübarizə barədə məlumatlandırmaq, bu kimi faktların qarşısının alınmasında bu orqanların rolunu müzakirə etməkdir.

 

Seminarda ATƏT Katibliyinin strateji polis məsələləri şöbəsinin eksperti, Macarıstan Milli Araşdırmalar Bürosunun, Beynəlxalq Miqrasiya Təşkilatının və Azərbaycan Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsinin nümayəndələri çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə