"Qeyri-iş günləri gəzmək üçün deyil, evdə oturmağımız üçün verilib" RƏY-ÖZƏL

"COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində dövlətimiz və hökumətimiz tərəfindən, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri və nəzarətləri ilə ard-arda verilən bütün qərarlar, sərəncam və tapşırıqlar ancaq və ancaq bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşlarını qorumaq və ölkəmizi bu ağır bəladan xilas etmək". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, hər bir vətəndaşın borcu isə bütün qaydalara əməl etməkdir.

Deputat söyləyib ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qeyri-iş günlərinin uzadılması məhz insanların izolyasiya tədbirlərinə əməl etməsi məqsədi daşıyır: "Bu qeyri-iş günləri bir birimizin evlərini gəzmək, əyləncələrə getmək, uşaqlarımızı parklara çıxartmaq, çayxanalarda, restoranlarda vaxt keçirmək üçün deyil, sağlamlığımız naminə evdə oturmağımız üçün verilib. Məcbur qalmadıqca küçəyə çıxmayın! Yaxın təmasdan çəkinin!".

Ölkə üzrə həyat əhəmiyyətli müəssisələrin və icra qurumlarının tam gücü ilə çalışdığını, digər tərəfdən online iş rejiminin tətbiq edildiyini deyən deyən J. Əliyeva qeyd edib ki, Parlamenti üzvləri də seçki dairələri ilə sıx əlaqə saxlayır, daim məlumatlanırlar: "Rayonun rəhbər qurumları ilə mütəmadi olaraq vəziyyəti müzakirə edirik, dayaq nöqtələrimizlə məlumat mübadiləsi aparırıq. Çox şükürlər olsun ki, vəziyyət hələlik ürəkaçandır və nəzarət altındadır. Hamınıza sağlam və xəstəliksiz günlər arzulayıram! Gəlin həmrəy olaq! Evdə qalaq, salamat qalaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə