Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaz sessiyasının aprelin 12-də keçirilmiş iclasında AŞ Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu başçılıq etdiyi qurumun sessiyalararası fəliyyətindən danışıb və deputatların ona ünvanladığı suallara cavab verib. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zohrabyan dözümlülük məsələsinin Türkiyənin quruma rəhbərlik etdiyi vaxtda da əsas prioritetlərdən biri olduğunu xatırladıb, dinlərarası dialoq və dözümlülük məsələsindən danşarkən Azərbaycanın guya başqa dinlərə hörmətlə yanaşmadığını bəyan edib, buna guya Naxçıvan ərazisindəki erməni qəbrlərinin dağıdılması kimi yalanı misal gətirib, Nazirlər Komitəsinin bununla bağlı özünün faktaraşdırıcı missiyasını göndərib-göndərməməsi ilə bağlı sual verib.
Əhməd Davudoğlu erməni deputatının sualına cavabında bu məsələnin ümumiyyətlə, Nazirlər Komitəsində müzakirə edilmədiyini deyib: " Bu məsələ haqda hər hansı bir konkret məlumatı olmadığı üçün onun üzərində dayanmaq istəməzdim. Çünki bu məsələ ümumiyyətlə, NK-nin iclaslarında müzakirə edilməyib. Amma Türkiyə xarici işlər naziri qismində onu deyə bilirəm ki, istər Qafqaz, istərsə də Balkan bölgələrində biz prioritet məsələ kimi ilk olaraq tolerantlıq siyasətini yürüdürük. Hesab edirik ki, hamı özünü belə aparmalıdır. Bunu həmçinin Cənubi Qafqaz bölgəsində gərginlik yaradan tərəflər də ilk növbədə həyata keçirməlidirlər. Misal üçün, ilk növbədə yaxşı olar kı, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad edilsin, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılsın. Bunsuz nə qədər dözümlülük və dözümsüzlükdən danışsaq da heç bir xeyiri olmayacaq. İlk növbədə bunu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Amma biz hesab edirik ki, Qafqaz xalqları bir-birinə qarşı hörmətlə yanaşaraq, həmişə birgə yaşamışlar və bundan sonra da yaşaya biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB