Fransa polisi üzü örtülü ilk qadını cərimə edib

Fransa polisi üzü örtülü ilk qadını cərimə edib
Fransa polisi tərəfindən ticarət mərkəzində üzü örtülü ilk qadın cərimə edilib. SİA-nın xəbərinə görə, 215 dollarlıq cərimə biletini qadın sakit qəbul edib. Fransada qadınların islamsayağı üzlərini bağlamasına dair yasaq dünən qüvvəyə minib. İctimaiyyət arasına üzü bağlı çıxan qadınlar 215 dollar məbləğində cərimə ödəməlidir. Qadınları buna məcbur edənləri 41 min dollarlıq cərimə və bir illik azadlıqdan məhrumiyyət gözləyir.Polisə isə qadınları üzlərini açmağa məcbur etməmək göstərişi verilib. Qanunu dəstəkləyənlər bunun 6 milyona yaxın müsəlman mühacirin inteqrasiyasına yardım edəcəyini deyir. Dünən qanuna etirazını bildirən iki qadın həbs edilib. Fransada 2000 qadının üzunu bağladığı təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə