Prezidentin müsahibəsi koronavirusla mübarizədə xalqa təqdim etdiyi qələbə ideologiyasıdır - ÖZƏL ŞƏRH

"Ölkə Prezidentinin Azərbaycan Televiziyasına verdiyi sonuncu müsahibəsində koronavirusa qarşı indiyə qədər dövlətimizin apardığı mübarizə, həyata keçirilən qabaqlayıcı tədbirlərin ümumi mənzərəsi və bu tədbirlərin cari nəticələri barədə aydın təsəvvür yaratmaq baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqına bir daha mesajlar verilib ki, ən az iki aylıq müddətdə dövlətin həyata keçirdiyi tədbirlər nəticəsiz qalmayıb. Bu tədbirlərin ən ümdə nəticələrinən biri ondan ibarətdir ki, bu gün virus təhlükəsinin qarşısının alınmasıda dövlətimiz digər dövlətlərlə müqayisədə xeyli yaxşı vəziyyətdədir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O, söyləyib ki, cənab Prezidentin bu çıxışında ölkəmizdə mövcud epidemiya təhlükəsinə qarşı mübarizədə dövlətin, cəmiyyətin və hər bir vətəndaşın imkanlarının maksimum dərəcəyədək çatdırılmasının önəmi vurğulanıb: "Yəni ölkə Prezidenti Azərbaycan cəmiyyətinə bir daha mesaj verib ki, koronavirusla mübarizə təkcə dövlətin deyil, hər bir vətəndaşın işidir. Əgər indiyə qədər koronavirus təhlükəsini ölkəmizdə real qəbul etməyən, bu təhlükə ilə mübarizədə özünün şəxsi iştirakına bir o qədər də önəm verməyən vətəndaşlar var idisə də, mən əminəm ki, Prezidentin bu çıxışından sonra onların mövqeyi dəyişəcək və hətta hər bir Azərbaycan vətəndaşı anlayacaq ki, bugünkü təhlükə ilə mübarizədə hər bir şəxsin gördüyü işin, göstərdiyi səylərin real qiyməti və məzmunu var. Məhz bu nöqteyi nəzərdən cənab Prezidentin bu çıxışını həm də Azərbaycan vətəndaşlarının hər birinin gücünün koronvirusa qarşı mübarizədə nə qədər əhəmiyyətli olduğuna inandırmaqla bağlı idi. Bir sözlə cənab Prezident hər bir Azərbaycan vətəndaşında onun mübarizəsinin, səylərinin nə dərəcədə təsirli olduğu barədə inam yarada bilib. Bu da öz növbəsində çox əhəmiyyətli bir məqamdır".

A.Quliyev bildirib ki, əgər cəmiyyətimizdə hər bir şəxs bu təhlükənin qarşısının alınmasında özünün gördüyü işlərin real səmərə verəcəyinə əmin olarsa, şübhəsiz ki, cəmiyyətimiz böyük ümumi nəticələr əldə edəcək: "Prezidentin müsahibəsinin dəyərli xüsusiyyətlərindən biri Azərbaycanda yaşlı nəslin mühafizəsi ilə əlaqədar idi. Hazırda dünyada elə ölkələr var ki, müxtəlif səbəblərdən, müxtəlif yaş qrupuna aid olan vətəndaşlardan müdafiəsindən imtina edir və bəzi halda onları taleyin ixtiyarına buraxır. Lakin Azərbaycan dövlətinin Konstitusyon hüququnu və sosia-humanist mahiyyətini biz Prezidentin müsahibəsində bir daha gördük. Prezident Azərbaycan cəmiyyətinə yaşlı nəslin bu təhlükədən xüsusilə mühafizə olunmasının nə qədər əhəmiyyətli olduğu barədə aydın mesajlar verdi. Bu bizim milli-mənəvi dəyərlərimizin yenidən bəyan edilməsi kimi də dəyərləndirilə bilər. Eyni zamanda Prezident yaranmış təhlükə ilə mübarizədə dövlətin və cəmiyyətin, ayrı-ayrı vətəndaşların gücünü bir araya gətirilməsi ilə bərabər, milli-mənəvi dəyərlərimizin və vətəndaş həmrəyliyinin nə qədər vacib faktorlar olduğuna diqqət çəkib".

Ekspert vurğulayıb ki, müsahibədə yaşlı nəslin mühafizə olunması həm insanların, həm də dövlətin vəzifəsi və həmçinin bunun bizim milli-mənəvi dəyərlərimiz baxmından borcumuz olduğu qeyd olunub: "Həmçinin növbəti dəfə sahibkara müraciət olunaraq işçiləri ixtisara salmaq ölkəmizdə həmrəyliyi poza bilər kimi ifadələr əslində dövlət quruculuğunda və yaranmış təhlükənin qarşısının alınmasında milli vətəndaş həmrəyliyinə cənab Prezidetin nə qədər önəm verdiyinin bir daha nümayişi olub. Bir sözlə Prezident İlham Əliyev verdiyi bu müsahibə ilə Azərbaycan cəmiyyətinin, dövlətinin və vətəndaşlarının yaranmış virus təhlükəsi ilə mübarizədə qələbə ideologiyasını hazırlayıb. Hansı ki, bu ideologiya dövlətin, bütün cəmiyyətin, vətəndaşların və milli-mənəvi dəyərlərimizin bir araya gətirilməsindən ibarətdir. Mən bu müsahibəni koronavirus təhlükəsi ilə mübarizədə Prezidentin Azərbaycan xalqına təqdim etdiyi qələbə ideologiyası kimi xarakterizə edirəm".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə