Suriya müxalifəti Ərəb Birliyinə müraciət edib

Suriya müxalifəti Ərəb Birliyinə müraciət edib

Suriyada gərginliyin artdığı liman şəhəri Banyasın ətraf mühitlə əlaqəsi kəsilib. SİA-nın xəbərinə görə, Suriya ordusu şəhərə giriş və çıxışları dondurub. Elektrik enerjisi və telefon xətlərinin kəsildiyi şəhərdə ərzaq qıtlığı yaşanır.

İnsan haqları müdafiəçiləri Dera şəhərində cümə günü baş verən olaylar əsnasında təhlükəsizlik qüvvələrinin yaralıların xəstəxanalara getmələrinə mane olduğunu bildirirlər.

Suriya müxalifəti isə iqtidar əleyhinə keçirilən aksiyalarda bu günə qədər 200 nəfərin öldüyünü iddia edərək Ərəb Birliyini Dəməşq hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə