Belarusda metro parlayışı ilə əlaqədar bir necə adam nəzarət altına alınıb. SİA-nın xəbərinə görə, aprelin 11-də Belarusun paytaxtı Minskin metro sistemində günorta saatlarında baş verən partlayış nəticəsində 12 adam həlak olub, 200 nəfər yaralanıb. Şəhərin mərkəzində yerləşən Oktyabrskaya metro stasiyasına bomba yerləşdirildiyi bildirilir. Belarus prezidenti Aleksandr Lukaşenko hadisə yerinə baş çəkib və bundan dərhal sonra nazirlər kabinetinin təcili yığıncağını çağırıb. Prezident deyib ki, partlayışın arxasında duranlar ölkədə sülh və sabitliyi pozmağa çalışan xarici qüvvələrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB