QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi. İclası Şura sədri Azay Quliyev açaraq, gündəlikdə Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunlarının, sərbəst vəsaitin xərclənməsinin və cari məsələlərin müzakirə ediləcəyini bildirdi.


Qurumdan SİA-ya verilən xəbərə görə, Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunları haqqında Katibliyin icraçı direktoru F.Qurbanovun məruzəsi dinlənildi. Qeyd edildi ki, rüb ərzində Şura QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə yardımı dəstəyi verməkdə davam etmiş, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə yeni töhfələr verib


Sərbəst vəsaitin xərclənməsi müzakirələrində Şuraya daxil olmuş layihə təkliflərinə baxıldı və onların hər biri haqqında konkret qərarlar qəbul edildi. Həmçinin, yeni maliyyə yardımı müsabiqəsinin elan olunması barədə müzakirələr aparıldı.


Cari məsələlərin müzakirəsində isə QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatların vəziyyəti ilə bağlı qeyd edildi ki, gələcəkdə hesabat formalarının sadələşdirilməsi, hesabat məbləğlərinin diferensiallaşdırılması, eləcə də elektron hesabatvermə prosedurlarının asanlaşdırılması üçün xüsusi kompyuter proqramının yaradılması üçün təkliflər hazırlansın.

Bütün xəbərlər Facebook səhifəmizdə