Norveç Kallığının səfiri Gəncənin icra başçısı ilə görüşüb

Norveç Kallığının səfiri Gəncənin icra başçısı ilə görüşüb

Norveç Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq Gəncə şəhərinə səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, mətbuat nümayəndələrinin buraxılmadığı, bağlı qapılar arxasında aparılan görüş təxminən 40 dəqiqə çəkib.

Görüşdən sonra norveçli diplomat Elmar Vəliyevlə görüşü haqqında KİV nümayəndələrinə məlumat verib. "Gəncə şəhərinin meri ilə ölkələrimiz arasında qurulan əlaqələrdən danışdıq. Layihələri nəzərdən keçirdik. Mən icra başçısına Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən layihə barədə məlumat verdim. Ümumiyyətlə, görüşdə bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qərara gəldik ki, mədəniyyət sahəsində əlaqələri inkişaf etdirək", Erlinq Şönsberq deyib.

Gəncə şəhərində ilk dəfə olduğun da sözlərinə əlavə edən səfir qədim şəhərin onda xoş təəssüratlar yaradığını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə