Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi mövzusunda tədbir keçirilib

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi mövzusunda tədbir keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində Ombudsmanın təşəbbüsü ilə "Yuvenal ədliyyə- yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi" mövzusuna həsr olunmuş tədbir keçirilib. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, tədbirdə Müvəkkil Aparatının əməkdaşları, uşaqlar və valideynlər iştirak ediblər.


Müvəkkilin nümayəndəsi Rəvan Səmədov son illər ölkəmizdə yuvenal ədliyyənin təşəkkülü, inkişaf etdirilməsi istiqamətində işlər görüldüyünü, qanunvericiliyin təkmilləşdirildiyini, institusional səviyyədə islahatlar aparıldığını söyləmiş, əməli təcrübədə, xüsusən cəzaların liberallaşdırılmasında, məhkumların saxlanma şəraitində və onlara qarşı rəftarda irəliləyiş əldə edilməsi barədə məlumat verib. O, artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl yuvenal ədliyyə sisteminin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.


Müvəkkilin digər hüquqlarla yanaşı, yetkinlik yaşına çatmayan məhkumların da hüquqlarını diqqətdə saxladığı, həmçinin onun yuvenal ədliyyə məsələlərinə böyük önəm verdiyi vurğulanıb.


Eyni zamanda Ombudsmanın yuvenal ədliyyə haqqında Azərbaycanda ilk qanun layihəsinə dair də fikirlərini bölüşdüyü, hər zaman bu sahə ilə bağlı səmərəli təkliflər verdiyi bildirilib.


Tədbir canlı diskussiya, interaktiv müzakirələrlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə