Azərbaycan Prezidenti İlham Əliyev Minsk metropolitenində törədilən terror aktı ilə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib. SİA-nın xəbərinə görə, başsağlığında deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç, Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Biz terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Belarus xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB