“Göygöldə turizmin inkişafı üçün sahibkarların köməyinə ehtiyac var”
"Göygöl rayonunda turizmin inkişafı üçün sahibkarların köməyinə ehtiyac var". Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri Şərqiyyə Hümbətova məlumat verib.
Onun sözlərinə görə, iş adamlarının bölgəyə cəlb edilməsi xüsusi önəm daşıyır. Bu baxımdan İcra Hakimiyyəti rəsmiləri tərəfindən rayonda sahibkarlar üçün hərtərəfli şərait yaradılıb. Hazırda Göygöldə turizm üçün yeni mehmanxana tipli istirahət guşəsi tikilir.
Həmçinin, yeni restoranlar da turistlərin istirahətləri üçün fəaliyyət göstərəcək. Statistik rəqəmlərə görə son bir ildə rayona gələn turistlərin sayı 9 mindən 13 minə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB