2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan dəyişiklərə mayın 15-dən sonra baxıla bilər
2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan dəyişiklərə mayın 15-dən sonra baxıla bilər. SİA-nın xəbərinə görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib. O bildirib ki, hələ ki bu istiqamətdə müəyyən təşkilatların, nazirliklərin bəzi təklifləri var. Hazırda bu məsələyə baxıldığını deyən nazir müavini qeyd edib ki, ölkənin büdcəsində hər zaman əsas yer əhalinin sosial müdafiəsinin artırılmasına yönəlib.
"Burada atılmalı addımlardan biri minimum əmək haqqının artırılmasıdır. Minimum əmək haqqının artırılması olduğu təqdirdə isə bu öz qaydasında büdcə sektorunda çalışan bütün kateqoriyaları insanların əmək haqqının artırılması deməkdir. Eyni zamanda, bu, minimum baza pensiyasında artımlara gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB