Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Bu barədə SİA-ya Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB