Gürcüstan hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar bir ay fövqəladə vəziyyət elan etdi. SİA-nın xəbərinə görə, bu barədə ölkənin baş naziri George Gaharia bu gün keçirdiyi brifindqdə bildirib.
"Biz Gürcüstan prezidentini bir ay fövqəladə vəziyyət elan etməyə çağırırıq", - deyə Baş nazir söyləyib.
O deyib ki, qərar xəstəliklə bağlı idarələrarası koordinasiya qrupunun növbəti iclasının nəticələrindən sonra qəbul edilib. Gürcüstanda koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb, onlardan yalnız 1 nəfəri sağalıb.
Qeyd edək ki, hökumətin qərarı Gürcüstan prezidentiz Salome Zurabişvili tərəfindən təsdiq edilməlidir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB