Azərbaycan XİN-indən Avropa İttifaqına sərt bəyanat

Azərbaycan XİN-indən Avropa İttifaqına sərt bəyanat

11 aprel 2011-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Səfir Roland Kobia Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət olunmuş və Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə" dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qeyd olunub ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlara əsasında tərtib olunmuş, yerlərdə olan reallıqları əks etmədən qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir.

Qarşı tərəfin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzv olan beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə