“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin saytı fəaliyyətə başlayıb
"İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin www.icherisheher.gov.az saytı ingilis və rus dillərində fəaliyyətə başlayıb. İdarədən SİA-ya verilən məlumata görə, bu sayt turizm ilində İçərişəhərin ölkə xaricində təbliğinə və populyarlaşdırılmasına kömək edəcək.
Saytın mütəmadi olaraq yenilənən xəbərlər bölməsində İçərişəhərdə baş verən hadisələr, keçirilən tədbirlər, qoruq ərazisində yerləşən abidələr və onların tarixi haqqında ətraflı məlumatlar yer alıb. Turist marşrutları, İçərişəhərdə fəaliyyət göstərən muzeylər, göstərilən xidmətlər, mehmanxana və restoranlar haqqında məlumatlar isə turistlər üçün bələdçi rolunu oynayır.
Saytda həmçinin İçərişəhərin keçmiş və müasir görüntülərini əks etdirən rəsmlər, fotoşəkillər, açıqcalar və videomateriallardan ibarət guşəyə daxil olmaqla bu qədim məkana virtual səyahət etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB