Bəs düşərgə nə düşünür?
Son vaxtlar ölkənin ictimai-siyasi həyatında baş verən müxtəlif hadisələr fonunda ən çox danışılan mövzulardan biri də iqtidar-müxalifət dialoqudur. Belə ki, zaman-zaman bir sıra ümummilli maraqlar kontekstində iqtidarın təşəbbüsü ilə bənzər görüşlər keçirilib, müəyyən addımlar atılıb. SİA-nın məlumatına görə, belə görüşlərdən imtina edən və özlərini radikal cinaha aid edən siyasi müxalifət partiyaları da var ki, onların fəaliyyətləri nə xalq, nə də bütövlükdə ictimai rəy tərəfindən qəbul olunmur.
Konstruktivlik yönündə siyasət yürüdən müxalifət parityaları da var ki, məqsədləri dövlətin siyasi və s. cəhətdən inkişafında səmərə vermək maraqlarından ibarətdir
Daha dəqiq desək, dağıdıcılıq prinsipi üzərində “siyasət yürüdən” həmin təşkilatlar eyni zamanda özlərini xalqdan təcrid etməklə yanaşı, dövlətçilik maraqlarına xələl vuran qurumlar adını qazanıblar, “beşinci kolonun” tərkib hissəsi olaraq tanınıblar. Lakin onlardan fərqli olaraq, konstruktivlik yönündə siyasət yürüdən müxalifət parityaları da var ki, onların məqsədləri dövlətin siyasi və s. cəhətdən inkişafında səmərə vermək maraqlarından ibarətdir. Seçkilərdə və s. siyasi olaylarda fəallıq göstərən bu kimi müxalifət təşkilatları eyni zamanda yuxarıda qeyd edilən radikal və dağıcıdı partiyalar tərəfindən təhqirlərə məruz qalır, guya ki, onların müxalifət düşərgəsinə xəyanət etdikləri iddia olunur. Halbuki, xalqa, dövlətə xəyanət edənlər də ittihamçılar və onların “liderləridir”.
Qulamhüseyn Əlibəyli: “Görüşlərdən imtina etmək düzgün olmayan yoldur”
Məsələn, “Aydınlar” partiyasının sədri Qulamhüseyn Əlibəyli mətbuata aşıqlamasında bildirib ki, son görüşlər siyasi partiyalarla yeni münasibətlərin qurulmasının başlanğıcı kimi qiymətləndirilə bilər. Onun fikrincə, dialoq mühiti gələcək fəaliyyət baxımından münbit addımdır və hər hansı müxalifət partiyası istər tanışlıq, istərsə də digər cəhətdən dialoqdan yayınırsa, bu səhv qərardır. “Müəyyən partiyalar görüşdən imtina edə bilər. Amma düzgün olmayan yoldur. Çünki kontaktlar yaranmalıdır, biz bu dövlətdə yaşayırıq”, deyə müxalifət partiyasının sədri bildirib.
Digər müxalifətçi partiya təmsilçisi – “Ağ Partiya”nın sədri Tural Abbaslı da hesab edir ki, bu addımlar pozitivdir. Belə ki, parlamentdə müxalifət partiyalarının təmsilçiliyi, eləcə də müəyyən parlamentdaxili qurumlarda fəaliyyətləri də iqtidar-müxalifət arasında yeni münasibətlərin qurulması ilə bağlı anonsudur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB