Norveç səfiri Azərbaycan Dövlət Aqrar Universitetində olub

Norveç səfiri Azərbaycan Dövlət Aqrar Universitetində olub

Norveç Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq Azərbaycan Dövlət Aqrar Universitetində rektor, professor və tələbə heyəti ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomat ali təhsil ocağının kolektivi ilə sözügedən ölkənin maliyyə dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatının davamlı inkişafı üçün təhsil və tədqiqatlarda əməkdaşlıq" layihəsinin əhəmiyyətindən danışıb.

İlk olaraq səfirə universitetin tarixi, beynəlxalq əlaqələri barədə məlumat verilib. Bildirilib ki, ali təhsil ocağı beynəlxalq əlaqələrini genişləndirməkdədir. Təkcə 2 il ərzində universitet Türkiyə, Almaniya, Macarıstan və başqa dövlətlərin ali təhsil müəssisələri ilə sıx əlaqələri var.

Öz növbəsində səfir Erlinq Şönsberq də layihənin həyata keçirilməsindən məmnunluğunu dilə gətirib. Azərbaycanla enerji, neft, qaz sahəsində uğurlu əlaqələrin qurulduğu, bununla yanaşı kənd təsərrüfatı və təhsil sektorlarında da birlikdə yeni əməkdaşlığın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"Bu kənd təsərrüfatında və təhsildə mövcud əməkdaşlığın inkişafının bir hissəsidir. Münasibətlərin daha da genişləndirilməsi məni sevindirir. Enerji, neft və qaz sahələri ilə yanaşı, digər sahələrdə də birlikdə qurulan iş hər iki dövlətin maraqlarına xidmət edəcək", - deyə səfir bildirib.

Layihə Norveçin Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşır. Layihənin ümumi dəyəri 1 milyon avroya yaxındır. Burada torpaqlardan, xüsusi ilə otlaq sahələrindən səmərəli istifadə, torpaqların erroziyalaşmasının qarşısının alınmasına dair yeni təkilflər yer alıb. Proqrama görə sözügedən universitetin 3 magistr, 1-i isə doktorant olmaqla 4 tələbəsi Novreçə yollanacaq.

Həmçinin, norveçli mütəxəssislərin ADAU-ya cəlb olunması müxtəlif seminar və təcrübə mübadilələrinin aparılması gündəmdədir. Layihənin müddəti 3 ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə