RİTN internet provayderlər tərəfindən istifadəçilərə göstərilən xidmətlə bağlı araşdırma aparır

RİTN internet provayderlər tərəfindən istifadəçilərə göstərilən xidmətlə bağlı araşdırma aparır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internet provayderlər tərəfindən istifadəçilərə göstərilən xidmətin onların ödədiyi qiymətə uyğun olub-olması ilə bağlı araşdırma aparır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında nazir müavini İltimas Məmmədov məlumat verib. O bildirib ki, araşdırmalar mütəmadi olaraq müxtəlif provayderlərdə davam etdirilir. Nazir müavinin sözlərinə görə, bu araşdırmalar nəticəsində hər hansı nöqsanlar aşkar olunarsa, bu halda müəyyən olunan qüsurlar provayderlərə bildirilir.

"Son vaxtlar genişzolaqlı internetin qiymətinin düşməsi ilə əvvəllər olan problemlər aradan qaldırılır. Araşdırmalar hər zaman aparılmalı və müəyyən olunmalıdır ki, əgər istifadəçi 1 MGb üçün ödəniş edibsə, həqiqətən 1 MGb internet alsın. Bu işlər İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uyğun şöbəsi tərəfindən davam etdirilir. Əgər hansısa neqativ hallar aşkar olunarsa, ilk öncə provayderlərə xəbərdarlıq olunur ki, onlar tutumların həcmini artırsınlar, istifadəçilərlə bağlıdıqları müqavilədə reallığa uyğun iş aparsınlar. Əgər bu xəbərdarlıqlardan müvafiq nəticə çıxarılmasa, digər ciddi tədbirlər də görüləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə