Çinin Daxili Monqolustan Muxtar Rayonunda sement zavodunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb. İlkin məlumata əsasən, partlayış zavodun ərazisində yerləşən qazanxanada qeydə alınıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, hər il Çində zavodlarda baş verən qəzalar nəticəsində mindən çox insan həyatını itirir. Eyni zamanda ən çox insan tələfatına kömür mədələrində qeydə alınır. Belə ki, kömür mədənlərində baş verən qəzalar nəticəsində il ərzində Çində 10 mindən çox insan həyatını itirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB