Senatorlar Səudiyyə vəliəhdinə təhdid məktubu göndəriblər, yoxsa..? NEFT BÖHRANI
ABŞ-ın 13 nəfər senator qrupu Səudiyyə Ərəbistanının vəliəhdi Muhamməd ben Salmana məktub yazaraq onu neft hasilatını artırmaq qərarını verməməyi xahiş ediblər. SİA xəbər verir ki, bu barədə “Bloomberg” yazır. Belə ki, məktubun bütün müəllifləri hakim Respubliaçılar partiyasını təmsil edənlərdirlər. Senatorlar eyham vurublar ki, neft bazarında qiymətlərin aşağı düşməsi iki ölkə arasındakı çoxillik strateji partnyorluğu poza bilər.
Senatorlar əsas problem olaraq, Ər-Riyadın koronavirusun qlobal pandemiyası baş verdiyi zaman bu cür fəaliyyətini əsas problem olaraq göstəriblər. “Vəziyyət onsuz da enerji bazarına və şirkətlərin stabilliyinə zərbə vurub. Ona görə də neft bazarını artıqlaması ilə doldurmaq ümumiyyətlə yersizdir”, deyə agentlik yazır.
Senatorlar xatırladıblar ki, ABŞ uzun illər Səudiyyə Ərəbistanını dəstəkləyiblər, lakin bunun cavabında krallıq dünya neft bazarında stabillik vədini verib.
“Biz krallığı dünya iqtisadiyyatının sabitliyi baxımından konstruktiv rəhbərlik oyunu oynamağa çağırırıq və neft-qaz sektorundakı həyacanı azaltmağa dəvət edirik”, sözügedən məktubda yazılıb.
Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi Rusiyanın və başda Səudiyyə Ərəbistanı olmaqla OPEK ölkələrinin hasilatın uzadılması məsələsində razılığa gəlməməsindən sonraya təsadüf edir. Krallıq tələb edirdi ki, hasilatın əlavə azaldılmasını 1,5 barrelə endirmək lazımdır. Lakin Moskva danışıq parametrlərini saxlamaq tərəfdarı kimi çıxış edib.
Nəticədə 1 apreldən başlayaraq, razılıq sazişinə qoşulan ölkələr bütün məsuliyyətlərdən imtina ediblər. Bu fonda Səudiyyə Ərəbistanı bəyan edib ki, hasilatı sürətlə artıracaq və alıcılara rekord qiymət endirimləri edəcək. Səudiyyə Ərəbistanı nefti on milyon barrelə çatacaq. Halbuki ilin əvvəlində bu rəqəm 7 milyon idi. Aşağı qiymətlər Amerikanin neft şirkətlərinə güclü zərbə vuracaq. Nəticədə həmin şirkətlər iflasa uğramaq təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB