İranın “Su-24” markalı qırıcı təyyarəsi təlim uçuşu zamanı yerə çırpılıb

İranın “Su-24” markalı qırıcı təyyarəsi təlim uçuşu zamanı yerə çırpılıb

İranın Fars ostanında aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "Su-24" markalı qırıcı təyyarə təlim uçuşu zamanı yerə çırpılıb. Hadisə Şiraz şəhərindən 80 km şərqdə, Sərvistan şəhəri yaxınlığında baş verib.

 

Hadisə zamanı təyyarənin göyərtəsində olan iki pilotdan biri ölüb, digəri isə xəsarət alıb. Qəzanın başvermə səbəbi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə