"Ermənistanla münasibətlər Serbiyanın özünə mənfi təsir edə bilər” ÖZƏL-ŞƏRH
"Bütün ölkələrin əməkdaşlığı onların əməkdaşlığının ən üstün mərhələsi - hərbi və hərbi sənaye sahəsində əlaqələr üzərində qurulub, bu istiqamətdə formalaşıb. O cümlədən Azərbaycan hərbi və hərbi sənaye istiqamətində əməkdaşlıq etdiyi ölkələrlə digər əlaqələrə ciddi önəm verir. Artıq bu istiqamətdə əməkdaşlıq edən ölkələrin münasibətlərinə strateji əməkdaşlıq deyilir". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan-Serbiya əlaqələri də hökumətlərarası iqtisadi çərçivədə, müstəvidə zaman-zaman çox yaxşı inkişaf edib: "Bu gün də bizim yüksək əlaqələrimiz var. Lakin KİV-də müxtəlif vaxtlarda mən Ermənistan və Serbiyanın hərbi sənaye sahəsində və satınalmalar sahəsində əlaqələrinin mövcudluğuna dair müəyyən xəbərlər oxumuşam. Çox təəssüf hissi keçirirəm. Çünki Azərbaycan və Serbiyanın Cənubi Qafqazda daha potensial müttəfiqi, portnyoru olan biləcək ölkə məhz Azərbaycandır. Azərbaycan da bu mənada Şərqi Avropanın aparıcı ölkələrindən biri olması ilə Serbiyaya üstünlük verib. Hətta ötən il Serbiyanın prezidenti də Azərbaycana səfər etmişdi. Bu mənada Serbiyanın Ermənistana hərbi sənaye sahəsində dəstək verməsi, Ermənistanın hərbi imkanlarının güclənməsinə yönələn hər hansı bir addımı atması yalnız pislənə bilər. Serbiyanın diplomatik missiyası Azərbaycandakı bu məsələyə bir reaksiya verməlidir. Yəni hərbi sənaye sahəsində əlaqələr təkcə biznes nöqteyi-nəzərən bu məsələlərə yanaşılmamalıdır. Burada siyasi kanikturadan, siyasi yanaşmadan önəmli olmalıdır.
Serbiya ilə Ermənistan arasında hərbi sənaye sahəsində münasibətlərinin formalaşmasına, inkişafına zəmin yaradan əsas məqamlardan biri də Rusiya faktorudur. Yəni bunu etiraf etmək lazımdır. Serbiya-Rusiya əlaqələrinin yaxşı olması Serbiya-Ermənistan hərbi siyasi əlaqələrinə rəvac verir. Bu da problemi yaradan əsas məqamlardan biridir. Yəni biz İran-Ermənistan münasibətlərində də bunun şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycan hökuməti, dövləti bu məsələyə ciddi şəkildə təpki göstərməlidir. Serbiya anlamalıdır ki, Cənubi Qafqazın ən potensial ölkəsi Azərbaycandır və işğalçı Ermənistanla bu münasibətlər Serbiyanın özünə mənfi təsir göstərə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB