Yaponiyada növbəti zəlzələ

Bu gün Bakı vaxtı ilə saat 10:07-də Yaponiyada zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Yaponiyanın Hönsü adasında yerləşən Fukusima şəhərindən 72 km cənubda qeydə alınıb. Yeraltı təkanların gücü 6,0 bal təşkil edib. Tələfat və dağıntı barədə məlumat verilmir.

 

Eyni zamanda ötən gün yeraltı təkanların gücü 7,1 bal təşkil edib. Zəlzələnin episentri Yaponiyanın Hönsü adasında yerləşən Fukusima şəhərindən 81 km cənubda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi var.

 

Qeyd edək ki, 11 mart 2011-ci il tarixində Yaponiyanın Hönsü adası sahillərində baş vermiş 9 bal gücündə zəlzələ və sunami nəticəsində 13116 nəfər ölüb, 14377 nəfər isə itkin düşmüş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə