“Əli Kərimlinin fəaliyyəti blogerlikdir” RƏY-ÖZƏL

“Əli Kərimlinin fəaliyyəti blogerlikdir” RƏY-ÖZƏL

“Adları çəkilən qüvvələrin əsas fəaliyyəti bulogerlikdən ibarətdir”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, onların əsas fəaliyyətləri sosial şəbəkələrdə siyasətə aid olmayan məsələlərlə çıxış etmələridir: “Siyasi fəaliyyət nədir? Bunun geniş anlayışı siyasi nəzəriyyələrdə, kitablarda öz əksini tapıbdır. Bundan ciddi siyasətçilər məlumatlıdırlar. Hər bir partiya, siyasi qurum adətən özünün ideologiyasına uyğun şəkildə hansısa təbliğat aparır. Amma gördüyünüz kimi bunlar elə hər hansı bir məsələnin ucundan tutub sosial şəbəkələrdə çıxış etməyə, nitqlər söyləməyə hazırdırlar, əslində bunun siyasi fəaliyyət ilə heç bir əlaqəsi yoxdur. Əslində, Ə.Kərimlinin və digərlərinin siyasətlə heç bir bağlılıqları yoxdur. Bir sözlə, sosial şəbəkələrin ulduzuna çevrilməyə çalışan “Milli Şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli bununla da siyasətçidən daha çox bulogerlik missiyasını yerinə yetirirlər”.

M.Səfərlinin sözlərinə görə, əgər doğurdan da adları çəkilən bu şəxslər normal siyasi fəaliyyətlə məşğul olsaydılar dağılmaqda və əldən getməkdə olan partiyalarının strukturlarının bərpası ilə məşğul olardılar, partiyalarında yenidən qurma işləri aparardılar: “Yəni bu şəxslərin məşğul olduqları bir şey var o da sosial şəbəkələrdə çıxışlar etməkdən ibarətdir. Demək olar ki, sosial şəbəkələrdə onlar tərəfindən səslənən bu cür çıxışların əksəriyyəti Azərbaycan dövlətini sevməyən qüvvələrin dəyirmanına su tökmək deməkdir. Radikal düşərgədə özlərini siyasətçi adlandıran bu şəxslərin əksəriyyətinin çıxışları yalnız özlərinin vəziyyətlərini daha da ağırlaşdırmış olurlar. Yaxşı olardı ki, onlar bu cür anormal hərəkətlərindən əl çəksinlər”.

M.Səfərli onu da bildirdi ki, müxalifət yatıb özünü yuxuda hakimiyyətə gələn görür: “Onların yatıb yuxuda gördükləri elə yuxu olaraq da qalacaqdır. Müxalifətin hakimiyyətə gəlmək şansları sıfıra bərabərdir. Çünki xalq tərəfindən müxalifətin heç bir dəstəyi yoxdur. Demək olar ki, bu gün müxalifətin işi ancaq ağa qara deməkdən ibarətdir. Ona görə də, müxalifət Azərbaycan dövlətinin uğurlarına paxıllıq edir və bu uğurlara kölgə salmaq istəyir. Bir sözlə, paxıllıq, qısqanclıq hissi onlara imkan vermir ki, uğurlarımıza, inkişafımıza sevinsinlər. Amma heç vaxt müxalifət təmsilçiləri ölkəmizlə bağlı məkrli planları baş tutmayıb və tutmayacaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə