Serj Sarkisyanı cinsi azlıqlarla birləşdirən dəyər

Serj Sarkisyanı cinsi azlıqlarla birləşdirən dəyər

Maraqlı olsa da Ermənistan yeniliklərlə tək regionu yox, bütün dünyanı heyran edir. İlk növbədə böyük Ermənistan xülyası, "Qondarma Erməni Soyqırımı" kimi gündəmdə özünü saxlamaq istəyən işğalçı Ermənistan növbəti dəfə cinsi azlıqlar məsələsi ilə gündəmə gəlib. "Jamanak" qəzeti yazır ki, təsadüfi yoxsa bilərəkdən 16 aprel Ermənistanda Polis günü olsa da bir sıra Avropa ölkələrində isə bu gün "Cinsi azlıqların qorunması" günü kimi qeyd olunur.

 

Bu vəziyyətdən utanan Polis idarəsinin rəisi Alik Sarkisyan başına jurnalistləri yığaraq töhməti üzərindən atmaq istəyib: "Əziz jurnalistlər bu haqda məlumat kütləvi informasiya vasitələrində yer aldıqdan sonra biz araşdırma apardıq. Lakin belə bir faktın olmadığı qənaətinə gəldik. Eyni zamanda mən 16 Aprel Polis gününü 19 Aprelə keçirilməsi təklifi ilə prezident Serj Sarkisyana müraciət etdim. Lakin prezident mənə göstəriş verdi ki, araşdırmalarımı davam etdirim. Biz də yenə araşdırma aparırıq".

 

Göstərilən faktlar bir daha Serj Sarkisyanın cinsi azlıqlara olan hörmətin olduğunu ortaya qoyur. Qeyd edək ki, məhz 16 Aprel Polis günü Sarkisyanın əmri ilə qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə