“Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronovirusdan toxunulumazlıq səlahiyyətimiz yoxdur. Ona görə də insanlar təmasdan yayınmalıdırlar”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, insanları təmasdan yayındırmaqdır.
A.Əliyev hesab edir ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına ciddi şəkildə əməl etməlidir: “Xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB