Azərbaycan CORONA-19-la mübarizə bir sıra ölkələri üstələyir ANALİTİK
İrəli sürülən tövsiyələr və tətbiq eidlən məhdudiyyətlər vətəndaşların sağlamlığının maksimum şəkildə qorunmasına yönəlib
Dünyanı bürüyən koronavirusla mübarizə artıq bəşəriyyətin 1 nömrəli məsələsinə çeçvirlib. Məlum olduğu kimi, müvafiq səhiyyə qurumları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları virusdan qorunmaq yolları istiqamətində tövsiyələrini verib, eləcə də ayrı-ayrı ölkələrin tibbi presonalları ən yüksək hazırlıq səviyyəsində yoluxma halları ilə mübarizə aparmaqdadırlar. Ümumiyyətlə, qəbul edilən fövqəladə tədbirlər insanlığın belə bir təhlükəli virusdan qurtarmağa yönəlib. əbəs deyil ki, ayrı-ayrı ölkərdə hava uçuşlar dayandırılıb, sərhədlər bağlanıb.
İnsanlar fərdi olaraq üzərlərindəki məsuliyyət hiss etmələri, özləri ilə yanaşı, ətrafdakıların da sağlamlıqlarına biganə qalamamalıdırlar!
Lakin daha bir məsələ COVİD-19-un vaksininin tapılmaması və müalicəsinin olmaması ilə bağlıdır. Artıq bəlli olub ki, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Ancaq bütün bunlara rəğmən, öncəliyi tədbirlər görən ölkələr bu işdə səmərəli fəaliyyət göstərdiklərinə görə, vəziyyəti qənaətbəxş istiqamətində yönləndirə biliblər. Söz yox ki, öncəliyi tədbirlərin tərkib hissələrindən biri və ən əsası məhz insanların fərdi olaraq öz üzərlərində məsuliyyət hiss etmələri, özləri ilə yanaşı, ətrafdakıların da sağlamlıqlarına biganə qalamamaları vacibliyidir. Ən sadə bir misal olaraq, qonşu İranda və Avropanın bəzi ölkələrində - İtaliyada, Fransada, və s. ölkələrdə artan rəqəmləri xatırlamaq olar ki, həmin ölkələr virusla mübarizəyə zamanında qoşulmayıblar. Bu baxımdan, indiki halda həmin ölkələr daha ağır mübarizə aparmaq məcburiyyətindədirlər. Lakin elə ölkələr də var ki, operativ tədbirlər nəticəsində koronavirusla mübarizədə yoluxma hallarının qarşısını minimuma endirməyə nail olublar.
Bu ölkələrdən biri də məhz Azərbaycandır. Belə ki, ölkəmizdə bütün mümkün qabaqlayıcı və operativ tədbirlır həyata keçirilir, tətbiq edilən karantin faktoruna ciddi şəkildə əməl olunur, habelə vətəndaşlar da müvafiq dövlət qurumları tərəfindən verilən tövsiyə və tapşırıqları icra etməkdə maraqlıdırlar. Ümumiyyətlə, Azərbaycanda vətəndaş məsuliyyəti kifayət qədər hiss olunmaqdadır. İctimai nəqliyyatda xəstəliyin yayılma imkanları geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar, xarici ölkələrdən qayıdan vətəndaşlarımızın karantinə yerləşdirilməsi üçün əlavə yerlər hazırlanır. O da əbəs deyil ki, Azərbaycan sözügedən məsələdə hətta bir çox ölkələri qabaqlayır.
Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır
Digər tərəfdən, o da sirr deyil ki, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. Yəni atılan hər bir addım vətəndaşın sağlamlığının qorunmasına yönəlib. Bunu isə hər bir fərd anlayır və təqdir edir. Misal üçün, ÜST-ün də rəsmi məlumatına görə, yaşlı insanlar virusun təsirinə daha tez məruz qalırlar. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir ki, dövlət imkanlarını bu yöndə də istifadə edir. Vətəndaşlara məhdudlaşdırıcı çağırışların olunması, insanların heç bir məcburi səbəb olmadan evlərində oturmaları, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməmələri, ictimai nəqliyyatdan istifafədə kifayət qədər ehtiyatlı olmaları, mağazalarda alış vetiş edərkən daha etibarlı qorunmaları istiqamətində verilən tövsiyələr də qeyd edilən faktorların tərkib hissəsidir.
Operativ qərargah da gecə və gündüz davamlı fəaliyyətini həyata keçirir, gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyət məlumatlandırır
Mühüm məqamlardan biri də budur ki, həyata keçirilən operativ tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Reallıq budur ki, virus infenksiyasının qarşısı hələ ki, alınmır və həmin tədbirlər çərçivəsində daha geniş masştablı önləyici tədbirlər planları işlənir.
Artıq Nazirlə Kabineti yanında operativ qərargah da gecə və gündüz davamlı fəaliyyətini həyata keçirir, gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyət məlumatlandırır. Belə bir vəziyyətdə onu da qeyd etmək olar ki, hər bir ölkə koronavirusla mübarizə məsələsində ümummilli həmrəylik nümayiş etdirir. Bu isə çox mühüm bir məsələdir. Artıq Azərbaycan da da bu amilə diqqət yetirilir, bütövlükdə vətəndaşların təhlükədən qorunmaları istiqamətində maksimum həmrəylik nümayişi sərgilənir.
Kimlərin barəsində ən sərt tədbirlər görüləcək?
Yeri gəlmişkən, bəzi sui-istifadəçilər, panika və ajiotaj yaradaraq sabotajlara yol vermək cəhdində bulunanlarla da bağlı çox ciddi tədbirlər həyata keçirilir. Artıq bir neçə dəfə müvafiq güc strukturları, hüquq-mühafizə orqanları, eləcə də NK tərəfindən bəyan edilib ki, belə şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək!
Digər yandan, ölkədəki vəziyyətdən istifadə edərək, ərzaq qıtlığı və s. məsələlərdə yanlı mövqe sərgiləyənlər, işbazlar və dələduzluq edənlər barədə də tədbirlərin görüləcəyi kimsədə şübhə doğurmur. Vətəndaşlar panikalara qapılaraq market və ərzaq dükanlarına kütləvi axın etməklə sadəcə həmin işbazların qurbanlarına çevirlirlər. Daha dəqiq desək, səs-küyə düşməklə süni gərginliyin yaranmasına səbəb olurlar. Çünki qida və ərzaq qıtlığı bağlı qəsdən şayiələr yayanlar var və onlar qanun qarşısında cavab verməli olacaqlar. Bu gün hər bir vətəndaş bilməlidir ki, Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunub, ərzaq məhsulları ilə bağlı qıtlıq yaranması imkanları isə istisna edilir.
Müvafiq dezinfeksiya işlərinin aparılması üçün də, məişət, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, operativ qərargah tərəfindən müəyyən edilmiş xüsusi qaydaların yerinə yetirilməsi nəzarəti gücləndirilməlib. Bütün bunlar isə ölkəmizin və dünyanın qorxulu virusdan qurtulması üçün atılan vacib addımlardır. Hər bir kəs bu addımların atılmasında öz səmərəsini verməli, ilk öncə, önə sürülən qaydalara riayət etməklə dəstəyini əsirgəməməlidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB