"Bayram axşamı şam yandırıb eyvana çıxaraq həmrəylik nümayiş etdirək" Rəşad Mahmudov
“İnsanlar bilməlidir ki, bu xəstəlik ağır respirator formaya keçdikdən sonra dünyanın ən məşhur xəstəxanalarında belə 90 % ölüm riski ilə qarşı-qarşıya qalmaq reallığı var. Hər bir fərdin bu qlobal hadisəni, öz sağlamlığı qədər başqalarının da sağlamlığına təhlükəni dərk etməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov deyib
O bildirib ki, virusla fərdi mübarizə apardığımız təqdirdə hadisəyə ən az zərərlə qalib gələ bilərik.
Hamını hamını ictimai məsuliyyətə və nizam-intizama dəvət edən komitə sədrinin müavini söyləyib ki, bu gün tibb ocaqlarında döyüşən qəhrəmanlarımız səhiyyə işçiləridir”.
R.Mahmudov çıxışı zamanı Novruz Bayramı axşamı Novruzun ən gözəl atributu olan, şam yandıraraq eyvana çıxmaqla, həmrəylik nümayiş etdirməyi təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB