Milli Məclisin iclasları koronavirusa görə dayandırıla bilər

Milli Məclisin iclasları koronavirusa görə dayandırıla bilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda kononovirusla bağlı müzakirələr aparılır. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bü gün iclasda koronovirusla mübarizənin təşkili məsələsi müzakirə olunacaq. O qeyd edib ki, Azərbaycanda bu sahədə göerülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilir.

S.Qafarova vurğulayıb ki, Azərbaycanın Baş naziri Əli Əsədov Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərib: "Məktubda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq komitə və komissiya iclaslarının keçirilməsi dayandırmaq lazımdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə