Ermənistanda koronavirusa yoluxanların sayı 52 nəfərə çatıb. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, daha 50 testin nəticələri məlum olub. Onlardan 7-si müsbət çıxıb. Koronavirusa 12 yoluxma halı Eçmiədzində qeydə alınıb.
Xatırladaq ki, Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB