Amerika Federal Təhqiqatlar Bürosu (FTB) 60 il əvvəl ABŞ-a düşdüyü iddia edilən bir kosmək obyektlə bağlı xüsusi hesabat yayımlayıb.
SİA-nın xəbərinə görə, hesabatda gizli casus Gey Hottelin Uçan Naməlum Obyektlərlə (UNO) bağlı qeydləri də yer alıb.
Hottel Hava Qüvvələrindən bir müfəttişin kosmosdan gələn üç uçan dairənin ABŞ-ın Nyu Mexiko əyalətinə endiyini yazıb. Uçan obyektlərdə üç cəsədin tapıldığı iddia edilən hesabatda bu ifadələrə yer verilib: "Hər obyektdə insan vücuduna bənzəyən üç cəsəd tapdıq. Tapılanlar 90 santimetr boyundadırlar və metallik geyimlər geyinirlər. Hər birinin vücudu pilotların geyindiyi qiyafətlərə bənzər bandajlarla örtülüdür".
Qeyd edək ki, 1947-ci ildə Nyu Mexikonun Ruzvell qəsəbəsinə uçan obyekt düşdüyü iddiaları ortaya atılmış, ancaq yetkililər cismin meteoroloji balonu olduğunu açıqlamışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB